Qocalmanın qarşısını alan ən vacib VİTAMİN hansıdır?

Qadınların ən çox qorxduğu şeylərdən biri yəqin ki, qocalıqdır. Buna görə də daha çox qadınlar gözəllik prosedurları, kosmetoloji və plastik cərrah xidmətlərindən istifadə edirlər.

 

Lakin onu bilməlisiniz ki, bizi qocaldan və yaşlı göstərən yalnız qocalan dərimiz deyil. Məsələn, heç diqqət etmisinizmi dəri çox yaxşı vəziyyətdə olsa belə gözlərə baxanda insanın yaşını təyin etmək olur.

 

Bütün bunlar daxildə gedən qocalma proseslərinin nəticəsidir. Məhz buna görə də xarici görünüşümüz üçün etdiyimiz cavanlaşdırıcı prosedurlardan əlavə, mütləq bizi daxildən qocaldan proseslərə daha çox diqqət etməliyik. Çünki daxili orqanlarımız, bədənimiz ümumilikdə qocalır və əgər biz bədənimizin ehtiyacı olanları vaxtında etmiriksə, kosmetoloji xidmətlər, plastik əməliyyatlar  bizə kömək etməyəcək.

 

Ən əsası da onu deyim ki, dərimizə yalnız xaricdən edilən qulluq müvəqqəti nəticə verəcək.

 

Onda nə etməliyik? 

 

Mövzu kifayət qədər geniş olduğundan bu gün sizinlə qocalığın qarşısını alan ən vacib vitamin barədə yazmaq istədim.

 

Mövzu sizə maraqlıdırsa,  növbəti yazılarda “Qocalığın qarşısının alınması” ilə bağlı digər yazılarımı sizinlə bölüşəcəm.

 

Gələk əsas məsələyə. Vitamin D qocalma əleyhinə ən effektiv vasitələrdən biri sayılır. 

 

Google-ın texniki direktoru, uzunömürlülük ideyasının ən məşhur tərəfdarlarından biri olan  Ray Kurzweil vitamin D-ni qocalıq əleyhinə istifadə etdiyi 3 ən vacib preparatlardan biri hesab edir. 

 

Vitamin D-ni lazım olan miqdarda almağın ən yaxşı yolu hər gün 15-20 dəqiqə günəşdə olmaqdır. 

 

 

Vitamin D qəbul etməyin digər yolu kapsuladır. Özümün istifadə etdiyim və faydasını gördüyüm Calsinur’u hər kəsə tövsiyyə edirəm. Calsinur preparatı barədə ətraflı məlumatı Instagram səhifəmdən oxuya bilərsiniz. Instagram.com/womheg

 

Onu da qeyd edim ki, Calsinur preperatının tərkibində yalnız vitamin D-nin gündəlik norması deyil, həmçinin qadınlar üçün xüsusilə lazım olan, saç, dırnaq və dəri sağlamlığında mühüm rol oynayan  sink, maqnezium, kalsium da var.

 

 

 

Vitamin D kimlərə lazımdır?

 

  • Vaxtından əvvəl qocalmaq istəməyənlərə
  • Depressiya, yuxusuzluq, apatiyadan əziyyət çəkənlərə
  • Saç, dırnaq, dərisinin gözəl olmasını istəyənlərə
  • Dişlərinin və sümüklərinin qayğısına qalanlara

 

 

Hansı əlamətlər sizdə vitamin D çatmazlığını göstərir?  

 

  • Tez-tez baş verən infeksion xəstəliklər
  • Mövsümi depressiyalar, əhvalın olmaması
  • Xroniki yorğunluq
  • Zəif sümüklər, sağlam olmayan dişlər
  • Əzələ ağrıları

 

Vitamin D-ni hansı qidalardan ala bilərik?

 

Qaraciyər, yağlı balıq, yumurta, süd məhsullarında az miqdarda da olsa vitamin D var.  Lakin onu da qeyd edim ki, qidalar vasitəsilə aldığımız vitamin D bizim gündəlik normamızı qarşılamır.

 

 

Uzun müddət vitamin D çatmazlığı xərçəng və ürək-damar xəstəlikləri riskini artırır.

 

Əgər siz bütün günü evdə oturur və günəş üzü görmürsünüzsə, o zaman vitamin D bədəninizdə lazım olan qədər sintez olunmur.

 

Kimlərə vitamin D qəbul etmək olmaz? 

 

  • Hiperkalemiya;
  • Vərəm xəstəliyi ;
  • Ürəyin orqanik xəstəlikləri;
  • Qaraciyər və böyrəyin xroniki, kəskin xəstəliklərindən əziyyət çəkənlər.

 

 

Diqqət! Tövsiyyə olunan normadan artıq vitamin D qəbul etmək olmaz.

Əgər siz bütün günü evdə oturur və günəş üzü görmürsünüzsə, o zaman vitamin D bədəninizdə laızm olan qədər sintez olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir