Propolis şamı – ginekoloji xəstəliklərin təbii dərmanı

Həmişə sizi faydalı məlumatlarla tanış etməyə çalışıram. Onlardan çoxu gördüyünüz kimi, təbii vasitələrdir. 🌿

Bu gün məhz qadınların əziyyət çəkdikləri bir çox ginekoloji xəstəliklərdə çox yaxşı müalicəvi təsiri olan propolis şamları barədə məlumat vermək istəyirəm.

 

Propolis haqqında əvvəlki yazılarımda sizə məlumat vermişəm, lakin əminəm ki, məhz propolis şamı barədə çox az qadının məlumatı var.

 

Çox faydalı arı 🐝 məhsulu olan propolisdən hazırlanan şəkildə gördüyünüz şamlar müxtəlif ginekoloji xəstəliklərdən əziyyət çəkən xanımlar üçün tapıntı olacaq.

 

Hansı qadın xəstəliklərində PROPOLİS  şamları istifadə olunur?

 

✔Endometrioz

✔ Menstruasiya pozulması

✔ Abort və doğuş sonrası endometrit

✔ Qadın xarici cinsiyyət üzvlərinin iltihabı

✔ Miomalar və uşaqlıq qanaxmaları

✔ Salpingit

✔ Salpinqooforit

✔ Qadın xarici cinsiyyət üzvlərinin iltihabı

✔ Yumurtalıqların polikistozu

 

Sual verə bilərsiniz ki, nəyə əsasən propolis şamları bu qədər xəstəliyin müalicəsində yaxşı nəticələr verir?

🔸Sağalma prosesi propolisin tərkibi ilə bağlıdır. Belə ki, propolis iltihabəleyhinə güclü təsir göstərir.

🔸 Bundan başqa, propolisin şişəleyhinə, ağrıkəsici, antioksidant təsirləri var. Müalicə vaxtı digər iltihabəleyhinə kimyəvi tərkibli şamlardan fərqli olaraq fəsadlar vermir.

🔸 Propolis təbii antibiotik olduğundan zərərli bakteriyaları məhv edir, xeyirli bakteriyalara isə mənfi təsir göstərmir.

🔸 Hüceyrələrin yenilənməsinə səbəb olur.

🔸 Yerli olaraq və bədənin ümumi immun sisteminin möhkəmlənməsinə səbəb olur.

 

 İstifadə qaydası 

Menstruasiyanın pozulması, uşaqlıq fibromiomaları, endometrioz zamanı yerli mühiti normallaşdıran və iltihabı aradan götürən propolis şamı hər gün vaginal nahiyəyə istifadə edilir.

Vacib! Propolis şamlarından xəstəliklərin kəskin dövründə deyil, xroniki dövründə istifadə olunmalıdır.

Həmçinin, istifadədən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir