Mövsümi DEPRESSİYA’dan necə qurtulaq?

Məşhur mahnıda deyildiyi kimi, payız  gəldi, uçdu getdi quşlar… Əhvalımız da onlarla birlikdə gedir. 😋

Səbəbsiz yerə əhvalımız korlanır və beləcə pəncərənin yanında isti kofe ya çay içərək oturmağı hamımız istəyirik məncə.  🤗

Bəs niyə payızda səbəbsiz yerə kədərli oluruq? 😔 Məsələ ondadır ki, günəş olmayanda xoşbəxtlik hormonlarımızın səviyyəsi xeyli aşağı düşür, ona görə də bu vəziyyətə düşürük.  😎

Statistikaya görə, hər 5 adamdan biri mövsümi depressiyadan əziyyət çəkir.

Elmi adı “mövsümi depresiya” olan vəziyyət haqda və bu vəziyyətdən neçə çıxmaq haqda bu gün sizinlə bölüşmək istəyirəm.

✔️Mövsümi depresiyanın dərinliyi insanın psixologiyası, yaşadıqları, həmin ərəfələrdəki psixoloji vəziyyətindən çox asılıdır. Bu depresiya növü yüngül vəziyyətdən ağır hallara qədər ola bilər. Ağır hallarda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Ancaq çox şey öz əlimizdə olduğu üçün və insanın özünə özündən yaxşı heç kim kömək edə bilmədiyi üçün vəziyyətdən özümüz çıxmağa çalışaq. 💪

Səbəblərdən biri qeyd etdiyim kimi, günəş 🌞 işığının az olmasıdır. Bu azalmanı kompensasiya etmək üçün aşağıdakıları etməyiniz məsləhətdir.

🌈 İş şəraitində yemək saatında heç olmasa 15 dəqiqəlik təmiz havaya çıxıb gəzin.

🌈 Həftəsonları 4 divar arasında deyil, açıq havada ailəniz və ya dostlarınızla aktiv şəkildə keçirin, müxtəlif oyunlar oynaya, dəniz kənarında gəzə və şəhər kənarına gəzintiyə çıxa bilərsiniz.

🌈 Evdə və iş şəraitində mümkün qədər oturduğunuz yerə günəş işığı düşsün.

✔️ Daha sonra mövsümi depressiya zamanı əsas xoşbəxtlik hormonlarımızın səviyyəsini qanda qaldırmalıyıq.

Bunun üçün nələr etməliyik?

🤺 İdmanla məşğul olursunuzsa, mütləq davam edin, tənbəllik etməyin, belə ki, idman qanda xoşbəxtlik hormonlarını yüksəltdiyindən özü bir xoşbəxtlik mənbəyidir. 🤗

Ev şəraitində olsa belə ürək ritminizi bir qədər yüksəldəcək idman hərəkətləri, həmçinin rəqslə 💃məşğul ola bilərsiniz.

Fitness, rəqs sizin ürəyinizcə deyilsə, sizi xoşbəxt edəcək bir hərəkət növü seçin, məsələn, dağa dırmanma 🧗, aerobika, boksla  məşğul olmağı yoxlayın.

Bişmiş qidalardansa daha çox meyvə,🍇 tərəvəz,🥕 təbii şirələr, 🍹smuzilərə üstünlük verin.

İtburnu kimi vitamin C ilə zəngin bitki dəmləmələri için.
Payız və qış aylarında ətrafdakı rənglər daha çox boz və qara olduğundan bu da əhvalımıza birbaşa təsir göstərir. Odur ki, daha rəngli və pozitiv geyimlərə üstünlük verin.

Siz də əhvalınzı yüksəldən yolları bizimlə bölüşün. 

One thought on “Mövsümi DEPRESSİYA’dan necə qurtulaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir