Qan azlığı – Anemiyanın bitkilərlə müalicəsi

Qan azlığı – Anemiya qidadan asılı olaraq və olmayaraq dəmir, B12 defisitli və digər şəkildə daha çox rastımıza çıxır. Bir də xroniki xəstəlik səbəbindən baş verən anemiya var ki, bu zaman hər hansı bir xroniki xəstəliyin olub-olmaması aşkar olunmalıdır. Qeyd olunan növlərdə aşağıdakı reseptlərlə müalicə köməyə gəlir:
keciboynuzu_pekmezi1SƏHƏR: keçibuynuzu bəhməzi uşaqlar üçün 1 çay qaşığı və böyüklər üçün 1 xörək qaşığı acqarnına  qəbul olunur. Qaragilə, yemişan və qarağat meyvəsi hərəsindən 10-20 q dəyərində götürülür və 200 ml suda bişirilir (saxarozayla kompot halına gətirilir). 2-ci səhər yeməyi zamanı içilir.
GÜNORTA: gicitkən yarpağı və itburnu meyvəsinin hər birindən 15 qr götürülür, 300 ml suda dəmlənilir və günorta-axşam yeməkdən sonra qəbul olunur.

 AXŞAM: güləm (perqa) 15 qr dəyərində yeməkdən 1 saat sonra yeyilir.

 Fitoterapevt Dr. Elnur Rəhimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir