Adəti qəbizlik zamanı xalq təbabəti üsulları ilə müalicə

1-2 ədəd alma sürtgəcdən keçirilir, üzərinə 1/3 stəkan süd və 1/2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Bir neçə ay müddətinə səhərlər yemək lazımdır.

Xüsusilə ahıl yaşlı insanlara məsləhətdir. alma

Emallı qazana 0.5-0.8 litr turşumuş süd (kefir) tökülüb isti su hamamına qoyulur və kəsmik konsistensiyası alınanadək saxlanılır. Daha sonra isə içərisinə xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər əlavə edilir: 5-10 ədəd soğan və sarımsaq, kələm, gicitkən, cəfəri, kərəviz, bağayarpağı, nanə, çuğundur budaqları, qırmızı turp. Daha 5 dəqiqə saxlanılır və südün zərdab hissəsi süzülür, səhərlər acqarına 1 stəkan içilir.

 ⇒ Sadə üsul

Bir litrlik bankaya 0.5 litr turşumuş süd (kefir) əlavə edilir. Daha sonra isə yuxarıda sadalanan xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər bura əlavə edilir. Bankaya qaynar su üzə çıxana qədər əlavə edilir. 5-10 dəqiqədən sonra isə üzə çıxan mayenin üst qatı içilir. Daha sonra yenidən 300 qr qaynar su əlavə edilir və qarışdırılır.  Qarışdırıldıqdan sonra süzülür, alınmış süd zərdabı içilir, lakin yerdə qalan süzüntü kütləsi qida qəbulu zamanı yeməkarası yeyilir.

Qəbizliyin yarma kəpəyi ilə müalicəsi kepek

 ⇒  I sikl – 10-12 gün. 1 çay qaşığı kəpəyin üzərinə 1/3 stəkan qaynar su əlavə edilir. Soyudulub süzüldükdən sonra yerdə qalan yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə – səhər, günorta və axşam yeməkarası qəbul edilir.

 II sikl – 2 həftə. 2 xörək qaşığı kəpəyin üzərinə 1/2 stəkan qaynar su əlavə edilib, soyuduqdan sonra süzülür. Alınmış yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə – səhər, günorta və axşam yeməkarası qəbul edilir.

 ⇒  III sikl – 2 ay. Gündə 2-3 dəfə yemək zamanı 2 çay qaşığı quru kəpək qəbul edilir.

Bu üsulların tətbiq edilməsinə olan əks göstəriş: həzm traktının istənilən şöbəsində olan iltihabi proses. Bu vəziyyətlərdə yaxşı olar ki, kobud üyüdülmüş undan hazırlanan çörək yeyilsin.

Fitoterapevt Dr. Elnur Rəhimov

3 thoughts on “Adəti qəbizlik zamanı xalq təbabəti üsulları ilə müalicə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir