Vərdişlər bizi yaradır: I hissə

Əslində eləmək istədiyimiz və eləyə bilmədiyimiz bir çox şeylər sadəcə hər gün etdiyimiz bizə adi gələn vərdişlərdən asılıdır. Onlar o qədər sadədir ki, biz heç onlara fikir vermirik.

 

Vərdişlərimiz bizi yaradır, vərdişlərimizi dəyişmədən həyatımızda heç nəyi dəyişə bilmərik.

 

Həyatınızı daha enerjili, daha keyfiyyətli yaşamaq istəyirsinizsə, ilk növbədə enerjinizi yüksəldin. Əlbəttə, mən enerji içkilərinin və ya kofenin yaratdığı müvəqqəti qeyri-sağlam enerjidən danışmıram. Sizi daha həvəsli edəcək, işdən başqa sevdiyiniz şeyləri həyata keçirməyə kömək edəcək daxili enerjidən danışıram.

 

Bunun üçün ilk növbədə səhər vərdişlərinizə diqqət edin. Aşağıda qeyd etdiyim çox sadə vərdişləri gündəlik olaraq etməyə başlasanız, artıq 1 həftə sonra bədəninizdəki və əhvalınızdakı müsbət dəyişikliyi görəcəksiniz.

 

  • Səhər yerinizdən durmadan “qarında vakuum” hərəkətini edin. Bircə bu hərəkətin o qədər faydası var ki. Bu hərəkət cəmi 2-3 dəqiqə vaxtınızı alacaq. Birincisi siz daha tez oyanacaqsınız, ikincisi həzm sisteminizi günə hazırlamış olacaqsınız, qəbizlik problemindən qurtulacaqsınız, qısa vaxta qarın sallanmasından azad olacaqsınız və s.  Ətraflı məlumat üçün klikləyin:  Qarında vakuum hərəkəti
  • Daha sonra müxtəlif dartınma hərəkətləri edin. Bu da cəmi 10 dəqiqə vaxtınızı alacaq. İnternetdə kifayət qədər məlumat var. Dartınma hərəkətləri sizi səhər bədəninizdə olan ağrılardan qurtaracaq, daha gümrah edəcək.
  • Hərəkətlərdən sonra 1 stəkan sehirli eliksir sayılan Hidromel-i qəbul edin və yarım saat sonra səhər yeməyini yeyə bilərsiniz. Hidromelin hazırlanma qaydası və faydası barədə buradan oxuya bilərsiniz: Hidromel
  • Sonda duş qəbul etməyi unutmayın. Su bədənimizdəki gecədən toplanan toksinlərdən və bədəninizdəki səhər ağrılardan qurtulmağa kömək edəcək və siz çox-çox daha gümrah olacaqsınız.
  • Bütün bunları edərkən sevdiyiniz pozitiv musiqini dinləməyi də unutmayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir