Papillomavirus nə ilə təhlükəlidir? HPV (Human Papillomavirus)

HPV, yəni papillomavirus  çox geniş yayılmış virus olub, cinsi əlaqə və məişət yolu ilə ötürülür. Yüzlərlə növü var. Virusun ən mühüm özəlliyi kişilər üçün o qədər də vacib olmadığı halda, qadınlar üçün təhlükə mənbəyi olmasıdır. Belə ki, HPV qadınlarda uşaqlıq boynunun xərçəngi riskini yaradır. Bununla belə, biz bütün papillomaviruslara xərçəng riski törədicisi kimi baxa bilmərik. HPV-in bir neçə onkoloji təhlukə yaradan növləri olsa da, ən əsasları 16 və 18-ci növləridir.

Əlamətləri virusun növlərindən asılı olaraq müxtəlifdir. Əksər hallarda heç bir əlamətlə özünü göstərmir, bu isə immun sistemin nəzarəti altında olduğu üçündür. Məsələn, müəyyən növlər papilloma, digərləri yastı xallar və  kandillomaların yaranmasına gətirib çıxararkən, bəzi növləri isə xərçəng yaranması üçün şərait yaradır. Bunlar hamısı öz növbəsində xoşxassəli şişlərdir.

Əgər qadın ana olmağa hazırlaşır və bu virusla yoluxubsa, doğuş zamanı virus uşağa da keçmiş olur. Zəifləmiş immunitet, zərərli vərdişlər, xroniki stress, qrip, mədə-bağırsaq sisteminin xəstəlikləri, rütubəti çox olan yerlərdə çox vaxt keçirmək (hamam, sauna və s.) xəstəliyin yaranması üçün şərait yaradır.

Diaqnozun qoyulmasında  PZR (polimeraza zəncirvari reaksiyası) üsulundan istifadə olunur. Başqa viruslardan fərqli olaraq, qanda təyin olunmur.

Müalicəsinə gəldikdə isə birinci növbədə immun sistemi gücləndirmək və əmələ gələn kandilomaları ya papillomaları aradan (azot və ya lazer üsulu ilə) götürmək lazımdır. Dəridə çıxan bu törəmələrə qətiyyən əl vurmaq, qaşımaq, dartmaq olmaz, bu, onların bir az da yayılmasına və böyüməsinə gətirib çıxarır. Virusun 16 və 18-ci növlərinə qarşı isə peyvənd (vaksinasiya) mümkündür.

Unutmayın, HPV cinsi əlaqə zamanı qoruyucu istifadə etdikdə belə ötürülə bilir.

3 thoughts on “Papillomavirus nə ilə təhlükəlidir? HPV (Human Papillomavirus)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir