Cinsi İNFEKSİYALAR haqqında nələri bilməliyik?

Dövrün ən qlobal problemlərindəndir desək heç də yanılmarıq, qadınların da ən çox əziyyət çəkdiyi xəstəliklər sırasına daxildir.

Daha ətraflı.

Cinsi infeksiyalara hansılar aiddir? : sifilis, qonoreya, QİÇS (SPİD), xlamidioz, mikoplazmoz, sitomeqalovirus, trixomonioz, kandidoz, herpes (cinsi orqanların herpesi), papillomavirus, bəzi hepatit virusları və s.

Cinsi infeksiyalara yalnız genital əlaqə (normal cinsi əlaqə) ilə deyil, həmçinin oral və anal intim əlaqə ilə də yoluxmaq mümkündür. Cinsi infeksiyaya hamı yoluxa bilər, hətta həyatında yalnız həyat yoldaşı və ya bir partnyoru olan kəslər də, çünki qarşı tərəfin sadiqliyinə heç kim zəmanət vermir. Həmçinin elə cinsi infeksiyalar vardır ki, onlar qanla da keçir və sonra cinsi yoluxa bilir.

Hansı əlamətlər sizdə şübhə yaratmalıdır?

  1. Cinsi orqanlardan gələn axıntı
  2. Cinsi orqanlarda olan qaşınma və yandırma
  3. Tez-tez və ağrılı sidiyə çıxma
  4. Qarnın aşağı hissəsində diskomfort hissi
  5. Cinsi əlaqə zamanı ağrı
  6. Dəridə və selikli qişanın üzərində səpgilər, yaralar, suluğa bənzər səpgilər və s.
  7. Limfa düyünlərinin böyüməsi

 

Qorunma və profilaktika yolları:

  1. Təsadüfi cinsi əlaqələrdən qaçmaq
  2. Qoruyuculardan istifadə etmək
  3. İldə iki dəfə  lazımi analizləri vermək

 

Nəticələri: cinsi infeksiyaya heç vaxt qeyri-ciddi yanaşmayın, çünki bu xəstəliklər digər orqanların infeksiyaları, sonsuzluq, dünyaya xəstə uşaqların gəlməsi, xərçəng və s. kimi ciddi problemlərə gətirib çıxara bilər.

2 thoughts on “Cinsi İNFEKSİYALAR haqqında nələri bilməliyik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir